10 C
Baku
Friday, October 25, 2024

“Twitter” koronavirusa görə Nyu-York və San-Fransiskodakı ofislərini bağlayır

“Twitter” COVID-19-a yoluxma sayının artması ilə Nyu-York və San-Fransiskodakı ofislərini bağlamağa qərar verib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “CNBC” yazıb. Bildirilir ki, şirkət bu iki ofisini bağlamaqla kifayətlənməyəcək və digər ofislərinin açılması ilə bağlı davam edən işləri dayandıracaq.

Nəşrin verdiyi məlumata görə, “Twitter” – koronavirusa görə təkrar açılışı təxirə salan və ya ofislərini bağlayan San-Fransiskoda son şirkətlərdən biridir.

Xatırladaq ki, iyulun 28-də “Google” işçilərini məcburi olaraq peyvənd etdirəcəyini açıqlayıb. Şirkət işçilərin ofisə çıxması tarixini sentyabrın 1-dən oktyabrın 18-dək təxirə salıb.

Son xəbərlər
Digər xəbərlər