17 C
Baku
Friday, November 1, 2024

“Twitter” limiti iki dəfə genişləndirir

“Twitter” mikrobloqlar xidməti məlumatlardakı limitin 280 işarəyə qədər artırılması üzərində işləyir.

RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə xidmətin bloqunda deyilir. Hazırda “Twitter”dəki məlumatlar 140 işarə ilə məhdudlaşır.

Şirkətin məlumatında deyilir ki, hələlik “Twitter” yeni funksiyanı test rejimində kiçik bir istifadəçi əhatəsi üçün işə salıb.

Bu yeniliyin həyata keçirilməsinə səbəb onunla izah edilir ki, digər dillərlə müqayisədə yapon, çin və Koreya dillərində olan tvitlərə 140 işarədə daha çox məlumatlar yerləşir.

“Biz bilirik ki, planetdəki hər bir insan özünü “Twitter”də asanlıqla ifadə edə bilir. Bunun üçün də biz yenilik tətbiq edirik. Biz bu limiti 280 işarəyə qədər artıracağıq”, – deyə məlumatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər