10 C
Baku
Friday, December 27, 2024

Twitter-in loqotipini kim yaradıb – Tarixçə

Twitter mikroblog xidmətinin loqotipi ağ fonda mavi rəngə sahib quş təsvirindən ibarətdir. Lakin bu loqotip heç də həmişə hazırda bütün istifadəçilərin vərdiş etdiyi görünüşə malik olmayıb. 

Sosial şəbəkənin hazırda istifadə etdiyi loqotip 2012-ci ildə təqdim edilib. Bu təsviri 2006-cı ildə yaradılan təsvirlə müqayisə etdikdə loqotipin sözün əsl mənasında təkamül yaşadığını desək yanılmarıq. 8 il əvvəl Boston Celtics klubunun əfasənəsinin şərəfinə “Larry the Bird” adlandırılan loqotip yaradılır. Hazırda isə o sadəcə “Twitter Bird” adlandırılır.

 Şirkətin simvolunun ilk variantını britaniyalı qrafik dizayner Saymon Oksli yaratmışdır. Qeyd edək ki, bu dizeyner bu günə qədər bir çox internet nəhəngi üçün “simvol” və loqotiplər yaratmışdır. Twitter dizaynerin bu təsvirini iStock adlanan foto birjadan cəmi 15 dollara əldə etmişdir.

Loqotipin inkişaf mərhələləri:

2006 — Saymon Oksli-nin variantı

2009 — Bis Stoun və Philip Pascuzzo-nun yaratdığı loqotip

2010 — Bis Stoun və Philip Pascuzzo-nun yaratdığı ikinci variant

2012 — Doug Bowman-ın yaratdığı yeni loqotip

 screen-shot-2014-09-23-at-1_20851_p0

Şirkətin korporativ qaydalarına əsasən, hər kəsin asanlıqla əldə edə biləcəyi fond şəkillərindən istifadə etmək qadağan idi. Bu səbəbdən də, Twitter “Okslinin quşundan” imtina etməli idi. 2009-cu ildə şirkət yaradıcılarından biri Bis Stoun öz variantını irəli sürür və şirkət dizayneri tərəfindən loqotipə “əl gəzdirilir”. Bir neçə ildən sonra isə versiyaya əlavə dəyişikliklər edilir və bəzi cizgilər ləğv edilir. Təsvirin müasir forması isə Doug Bowman sayəsində peyda olur.

 Saymon Oksliyə gəldikdə isə, təsvirindən artıq istifadə edilməsə belə, o şirkət tarixində iştirak etdiyinə görə xoşbəxtdir. Bununla belə Okslinin yaratdığı təsvirə olan maraq qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər