9 C
Baku
Friday, December 13, 2024

“Twitter”in mavi işarəni $8-a satması ilə şəbəkəni “fake”lər bürüyür

İlon Mask rəsmi “Twitter” hesablarını ratifikasiya (təsdiqləmək) üçün 8 dollar rüsum tətbiq edib. Beləliklə, o, sözün əsl mənasında hamının “rəsmi” status almasına icazə vermiş olub. Aydındır ki, bu, dərhal böyük şirkətlərin səhmlərinin ucuzlaşmasına səbəb olan çox sayda saxtakarlığın geniş vüsət almasına gətirib çıxarır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məsələn, Amerikanın hərbi-sənaye korporasiyası olan “Lockheed Martin” silah və ballistik raketlər istehsal edir. Noyabrın 11-də “Lockhed Martin” hesabında “Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-a silah satışını onların insan hüquqlarının pozulması faktları araşdırılana qədər dayandırırıq” mesajı görünüb və dərhal  “LMT” səhmləri ucuzlaşmağa başlayıb.

Və ya, məsələn, Amerikanın “Eli Lilly” əczaçılıq şirkəti belə bir saxtakarlıqla üzləşib. Əczaçılıq nəhənginin saxta hesabından “Sizə insulinin pulsuz olduğunu bildirməkdən məmnunuq” mesajı yayılıb. Bu tvitin qlobal bazarda nə demək olduğunu başa düşmək üçün konteksti bilmək vacibdir.

Strateji araşdırmalar mərkəzi olan “RAND Corporation”ın məlumatına görə, Amerikada diabet xəstələri üçün lazım olan insulinin qiyməti bütün dünya ilə müqayisədə 10 dəfə bahadır. Dərmanı qəbul edən bəzi amerikalılar 2021-ci ildə bir qutunu 98 dollara qalxdığı üçün vurulan dozadan imtina etməli olublar. Qəribədir ki, şirkətin bazar dəyəri cəmi 16 milyard dollar düşüb.

Bu cür təcrübələr fonunda “Tesla”, “Lockheed Martin”, “Eli Lilly” və başqalarının səhmlərinin dəyərindən fərqli olaraq, “Twitter”ə olan inamsızlıq get-gedə artır.

Buna görə də, indi şəbəkədəki istifadəçilərlə bağlı duyğu, məna, sayıqlıq, diqqətlilik ehtiyatla qarşılanmalıdır. Və artıq daha əvvəllər hamının arzuladığı mavi işarə rəsmi hesab gördüyümüz demək olmayacaq.

Son xəbərlər
Digər xəbərlər