“Twitter” sosial şəbəkəsi platformaya “tvit barədə bildir” funksiyasını əlavə edib. Bununla şirkət internetdəki dezinformasiya ilə mübarizə aparmaq istəyir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Özündə yalan məlumatlar ehtiva etdiyini düşündüyünüz “tvitləri” bildirməyə imkan verən yeni bir funksiyanı sınaqdan keçiririk. Bu gündən etibarən ABŞ, Cənubi Koreya və Avstraliyadakı istifadəçilər “tvit barədə bildir” düyməsini tıkladıqdan sonra onu “bu yanıldıcıdır” olaraq qeyd edə biləcəklər”, – mesajda bildirilir.
“Deloitte” konsaltinq və audit şirkətinin son araşdırmasına görə, sorğuda iştirak edən amerikalı istifadəçilərin 70%-dən çoxu internetdəki saxta xəbərləri ciddi problem hesab edir. Saxta məlumatların yayan kampaniyaların xüsusi təşkilatlar tərəfindən yaxşı təşkil edilməsi bu problemi daha da mürəkkəbləşdirir.