18 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Twitter” “Periscope” xidmətini bağladı

“Twitter” 2015-ci ildə istifadəçilər arasında populyarlıq rekordları qıran “Periscope” videoyayım xidmətini bağladığını açıqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, onu saxlamaq baha başa gəlib.

Bildirildiyi kimi, “Periscope”un funksionalı aprelin 1-dən etibarən deaktiv edilir. İctimai yayımlar xidmətin veb versiyasında saxlanacaq – sayt “Periscope”da yerləşdirilən bütün kontentin arxivinə çevriləcək.

“Periscope cəmiyyətini daha parlaq edən bütün yaradıcılar və izləyicilər üçün sizə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, hamınızı Twitter-də canlı olaraq görəcəyəm”, – deyə şirkət bildirib.

Xatırladaq ki, “Periscope” xidmətini bağlamaq planları haqqında hələ 2020-ci ilin dekabrında məlum olmuşdur. Sosial şəbəkə “Periscope”un populyarlığının aşağı düşdüyünü açıqlamışdır. Eyni zamanda, istifadəçilərə “Twitter Live” xidmətinə keçmək təklif edilmişdir.

“Twitter” “Periscope” videoyayım xidmətini 2014-cü ildə 120 milyon dollara alıb. Tətbiq təkcə 2015-ci ilin mart ayında gəlir əldə edib. Cəmi dörd ay sonra “Periscope”un auditoriyası 10 milyon nəfərə çatıb və o, yükləmə sayına görə “App Store” və “Google Play”də birinci yerə qalxıb.

Lakin “Facebook”da canlı yayım funksiyası yaradılandan sonra tətbiqin populyarlığı sürətlə düşməyə başlayıb.

Son xəbərlər
Oxşar xəbərlər