26 C
Baku
Saturday, July 27, 2024

“Twitter” rüblük xalis zərərini açıqlayıb

“Twitter”in ikinci rüb nəticələri analitiklərin gözləntilərindən aşağı olub. Üstəlik, şirkət 2021-ci ilin ikinci rübündə 65.6 milyon dollar mənfəətə qarşı 270 milyon dollar xalis zərər elan edib. Şirkət bunu reklam bazarındakı çətin vəziyyətlə, həmçinin “Twitter”in İlon Maska satılması məsələsindəki qeyri-müəyyənlik” ilə izah edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Twitter”in rüblük gəliri 1% azalaraq 1.18 milyard dollar olub, analitiklər isə 1.32 milyard dollar gözləyiblər. Gündəlik aktiv istifadəçilər 2021-ci ilin ikinci rübündən 16.6% çox olsa da, analitiklərin proqnozlarına çatmayıb: 238.08 milyona qarşı 237.8 milyon.

Bu əməliyyat ətrafında yaranmış vəziyyəti nəzərə alaraq, “Twitter”in rəhbərliyi növbəti hesabat dövrü üçün maliyyə proqnozları verməmək qərarına gəlib. Şirkət hazırda  İlon Maskın mikrobloq xidməti almaqdan imtina etməsi ilə bağlı Delaver məhkəməsində məhkəmə prosesini gözləyir. Dinləmələrin başlanması bu ilin oktyabrına təyin edilib.

Son xəbərlər
Digər xəbərlər