“Twitter” şəbəkəsinə “dislike” düyməsi əlavə edilib

“Twitter” şəbəkəsinə test rejimində “dislike” düyməsi əlavə edilib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Yeni funksiya müxtəlif üslublarda görünüb: ox, aşağı və ya yuxarı qaldırılmış barmaq işarəsi və ürək. Sosial şəbəkədən verilən məlumata görə, ən çox bəyənilmə toplayan cavablar daha aktual hesab olunacaq.

“Dislike” funksiyası ilə bağlı yekun qərar hələ verilməyib. Yəqin ki, “dislike” qoymaq imkanı bütün istifadəçilər üçün əlçatan olmayacaq. Bundan əlavə, mənfi reaksiyanın tətbiqdə və ya saytda paylaşımların ardıcıllığına təsir edib-etməyəcəyi bəlli deyil.

Xatırladaq ki, yaz aylarında “Twitter” paylaşımın ləğvi funksiyasını sınaqdan keçirib. Verilən məlumata görə, “tviti” ləğv etmək üçün cəmi bir neçə saniyə vaxt veriləcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.