-1 C
Baku
Sunday, December 15, 2024

“Twitter” saytlardakı reklamları blok edən xidməti alıb

İT-nəhəngi “Twitter” saytlardakı reklamları blok edən “Scroll” xidmətini alıb.

Banker.az bu barədə “SEcretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, “Scroll” mobil cihaz və kompüterlərdə 2020-ci ilin yanvar ayında işə salınıb.

“Scroll” ödənişli xidmətdir və aylıq abunə 5 dollar təşkil edir. Xidmət özünə 1.5 dollar götürür, vəsaitin qalan hissəsi isə nəşriyyatlar arasında bərabər bölüşdürülür. Hal-hazırda xidmət “The Atlantic”, “The Verge” və “BuzzFeed News” ilə əməkdaşlıq edir.

Əgər “Scroll” istifadəçisi bir ay ərzində yalnız bir nəşrin saytını ziyarət edirsə, bu halda 3.5 dolları həmin nəşr alır. “Twitter”in məhsul direktoru Mayk Park qeyd edir ki, “Scroll” ilə əməkdaşlıq edən nəşrlər daha çox qazanc əldə edirlər.

Xatırladaq ki, daha əvvəl sosial şəbəkə yeni “superabunə” (“Super Follow”) funksiyasını işə salıb. Ondan istifadə edən hər bir kəs izləyicilərdən eksklüziv kontentə görə əlavə ödəniş tələb edə bilər.

Son xəbərlər
Digər xəbərlər