10 C
Baku
Friday, October 25, 2024

“Twitter” şirkətlərə pulsuz reklam təklif etməyə başlayıb

“Twitter” reklamçılara 250 000 dollara qədər reklam xərclərinin ödənilməsini təklif etməklə şirkətləri pulsuz reklam sahəsi ilə təmin etmək niyyətindədir, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Məlumata görə, fevralın 28-dək sosial şəbəkə reklama 500 min dollar xərcləməyi planlaşdırır.

Xatırladaq ki, 2021-ci ildə “Twitter”in ümumi gəlirinin (5.1 milyard dollar) təxminən 90%-i reklamlardan əldə edilib. Nəşr vurğulayır ki, bir çox brendlər, o cümlədən “Pfizer”, “United Airlines Holdings Inc.”, “General Motors Co.” və “Volkswagen AG” sosial şəbəkədə xərcləri dayandırıb.

İlon Mask “Twitter”i oktyabrın sonunda 44 milyard dollara alıb. Bundan sonra şirkət işçilərinin yarısını işdən çıxarıb və tanınmış jurnalistlərin hesablarını bloklamağa başlayıb. Dekabr ayında sahibkar vəzifəsini tərk edib-etməməsi ilə bağlı sorğu keçirib və sorğu iştirakçılarının yarıdan çoxu bu fikri dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər