“Twitter” şirkəti “Sphere” messencerini alıb

“Twitter” şirkəti “Sphere” messencerini alıb, bu barədə startapın saytında deyilir. Qeyd edək ki, müqavilənin dəyəri hələ açıqlanmayıb.

Banker.az xəbər verir ki, “Sphere” xidməti 2013-cü ildə Nik D’Aloizio tərəfindən yaradılıb, sonra isə 30 milyon dollara “Yahoo”ya satılıb.

2019-cu ildə “Financial Times” startapın yarandığı gündən bəri 30 milyonda çox investisiya topladığını yazıb. Bu məbləğin 20 milyonu 2018-ci, 11.8 milyonu isə 2017-ci ilin payına düşür.

Gələn ay “Sphere” avtonom tətbiq üzərindəki işi tamamlayacaq. Startap tətbiqin istifadəçi sayını açıqlamır.

Son xəbərlər
Digər xəbərlər