“Twitter” təsdiqlənmiş hesabların sahibləri üçün məzmundan pul qazanmağın yeni üsulunu təqdim edib – müəlliflərə reklam yerləşdirməyə görə pul ödəniləcək. Bu məqsədlər üçün şirkət 5 milyon dollar ayırıb. Sosial şəbəkənin sahibi İlon Mask yenilikləri öz “Twitter” səhifəsində açıqlayıb.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Yeni monetizasiya metodu yalnız təsdiqlənmiş istifadəçilər üçün əlçatan olacaq. 2023-cü ilin may ayında Linda Yakkarino “Twitter”in baş direktoru olub. “Reuters” hesab edir ki, yeniliklər onun şirkətdəki yeni reklam siyasətinin bir hissəsidir.