23 C
Baku
Wednesday, October 5, 2022

“Twitter” terrorla əlaqəli 380 min istifadəçini blok edib

“Twitter” sosial şəbəkəsi 2016-cı ilin II yarısı ərzində terrorçuluğun təbliği ilə məşğul olan 377 minə yaxın istifadəçini blok edib.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkənin hesabatında bildirilir.

“2016-cı ilin 1 iyul – 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb”, — deyə hesabatda qeyd olunur.

Bununla belə, belə əkkauntların 74 faizi “Twitter”in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub.

Hesabatda, həmçinin bildirilir ki, 2015-ci ilin 1 avqustundan 2016-cı ilin 31 dekabrına qədər cəmi 636 min 248 əkkauntun fəaliyyəti əngəllənib.

Son xəbərlər
Oxşar xəbərlər