9 C
Baku
Friday, December 13, 2024

“Twitter” Tramp və Baydenə qadağa qoyub

“Twitter” ABŞ-da seçki nəticələri rəsmən elan olunana qədər prezidentliyə namizədlərin və bütün sosial media istifadəçilərinin qələbəni bayram etmələrinə qadağa qoyub.

“RİA Novosti” xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

“Sosial şəbəkə istifadəçiləri və eləcə də ABŞ prezidentliyinə namizədlər rəsmi elan olunana qədər “Twitter”də qələbə ilə bağlı paylaşım edə bilməzlər”, – məlumatda belə deyilir.

“Twitter” rəsmiləri yalnız dövlət seçki komissiyasının elanının və ya azı iki etibarlı milli KİV-in proqnozunun qəbul olunacağını vurğulayıblar. Bildiriş həm prezident, həm də konqres seçkilərinə aiddir.

Şirkət, həmçinin seçkilərə müdaxilə çağırışlarına sərt yanaşacağını bildirərək, şiddətə təhrik edən yazılar da daxil olmaqla bu cür paylaşımların silinəcəyi ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər