9 C
Baku
Wednesday, March 22, 2023

“Twitter” tvitlərin redaktəsi funksiyasını işə salır

İllərlə davam edən müzakirələrdən sonra “Twitter” nəhayət redaktə postu düyməsini istifadəyə verir, lakin bütün istifadəçilər üçün deyil, Banker.az bu barədə “The Bell” saytına istinadən xəbər verir.

Vurğulanır ki, “Edit Twitter” seçimi tezliklə “Twitter Blue” müştəriləri üçün əlçatan olacaq. Xidmət ödənişli olacaq və ayda $4.99 təşkil edəcək. “Bloomberg” yazır ki, redaktə paylaşımın dərc edildiyi vaxtdan 30 dəqiqə ərzində mümkün olacaq.

Yeni funksiya geniş istifadəyə verilməzdən əvvəl bütün səhvləri aşkar etmək üçün test qruplarında sınaqlar aparılacaq.

“Twitter”in qurucusu Cek Dorsi hələ 2020-ci ildə redaktə düyməsinin “çox güman ki, heç vaxt yaradılamayacağını” söyləyib, lakin bu ideya həmişə istifadəçilər arasında populyar olub. Bu il İlon Mask “Twitter”i satın aldığını elan etdikdən sonra abunəçilər arasında sorğu keçirib və onların əksəriyyəti düymənin lehinə olub.

Milyarderin platformada botların payını gizlətdiyi iddiası ilə 44 milyard dollarlıq müqavilədən çıxmasından sonra Mask və “Twitter” uzun sürən məhkəmə çəkişmələri ilə üz-üzədir. Son xəbərlər milyarderin xeyrinədir.

Son xəbərlər
Digər xəbərlər
X