10 C
Baku
Saturday, November 23, 2024

Twitter və Square yaradıcısının biznes prinsipləri

Aşağıda sizə Twitter və Square yaradıcısı Cek Dorsinin biznes və uğur prinsiplərini təqdim edirik.

Uğur heç vaxt təsadüfi olmur.

İnsan sadəcə gəzdikdə daha yaxşı düşünür.

Şirkətdə danışılan hər bir şeyi izləyirəm. Öz iş vaxtımın 90%-ni mənə birbaşa tabe olmayan əməkdaşlarla ünsiyyətdə olaraq keçirirəm. Daima ofisdə o tərəf bu tərəfə gəzişdiyimdən bu ünsiyyət üçün əla zəmin yaradır.

Mən ardıcıllığı və intizamı yüksək qiymətləndirirəm.

Mənim bütün günlərim tematikdir. Bazar ertəsi mən idarəetmə ilə bağlı problemləri həll edirəm. Çərşənbə axşamı məhsullara, texnikaya və dizayna, çərşənbə günü marketinq və kommunikasiyaya, cümə axşamı günü ortaqlarla və ixtiraçılarla görüşə, cümə günü korporativ mədəniyyətə həsr olunur. Şənbə günü isə istirahət günümdür. Bazar günümü isə strategiyaların hazırlanması və müsahibələrin keçirilməsi ilə keçirirəm.

Biz elə məhsullar yaratmaq istəyirik ki, onlara sahib olan insanlar özlərini super gücə sahib olmuş kimi hiss etsin.

Bəli, biz sadəlövük. Lakin bu zəiflik deyil, gücdür!

Mənim məqsədim çətini asanlaşdırmaqdan ibarətdir. Mən sadəcə insanların bir-biri ilə olan qarşılıqlı münasibətlərini həqiqətən asanlaşdıran məhsullar yaratmaq istəyirəm.

Mən özümü yaxşı redaktor olaraq görürəm… Mən texnologiyanı redaktə etdikdə həm komandanı, həm də tarixi dəyişmək istəyirəm.

Mən düşünürəm ki, Twitter o dərəcədə unikaldır ki, biz ondan asılı olmamalıyıq.

Bizim bütün elədiyimiz ona görədir ki, insanlar özünü daha açıq, daha yaradıcı və daha cəsur hiss etsin.

Bir sahibkar kimi özünüzdə inkişaf etdirə biləcəyiniz  ən güclü keyfiyyət – uğura güman etmək deyil, uğurlu vəziyyətin yarandığını hiss etməkdir.

Son xəbərlər
Digər xəbərlər