26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Twitter” xidmətlərinə bitkoin inteqrasiya edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Twitter”in qurucusu Cek Dorsi sosial şəbəkənin bitkoini dəstəkləyəcəyini açıqlayıb.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “TechCrunch” yazıb. Onun sözlərinə görə, dünyanın ən populyar kriptovalyutası şirkətin mövcud məhsul və xidmətlərinə, o cümlədən pullu abunə, kommersiya və müəllifləri dəstəkləmək imkanına inteqrasiya ediləcək.

“Buna ehtiyac var. Düşünürəm ki, internet üçün doğma olan bu standart doğru yoldur. Buna görə diqqətimiz bitkoin üzərində olacaq”, – deyə “Twitter”in qurucusu söyləyib.

Dorsi həm də ödəmə sistemlərini inkişaf etdirən “Square” şirkətinin baş direktorudur. May ayının əvvəlində “Square” 2021-ci ilin birinci rübündə bitkoin yatırımından əldə olunan gəlirin 3.5 milyard dollar təşkil etdiyini açıqlayıb.

Son dəfə xidmət 2021-ci ilin fevralında bitkoinə sərmayə qoyub Onda “Square” 51 min dollara qiymətinə 170 milyon dollarlıq bitkoin alıb. Hal-hazırda kriptovalyuta “Square” ehtiyatlarının 5%-ni təşkil edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər