13 C
Baku
Tuesday, October 22, 2024

“Twitter” yeni funksiyanı işə salır

“Twitter” istifadəçilərə mediadan istifadə edərək böyük materialları dərc etməyə imkan verəcək yeni funksiya üzərində işləyir. Bu barədə sosial şəbəkənin sahibi İlon Mask öz “Twitter” səhifəsində yazıb və sosial şəbəkədə hətta kitablar dərc etməyin mümkün olacağını qeyd edib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Twitter”ə əlavə edilən digər yeniliklər arasında təsdiqlənmiş istifadəçilərə reklamlar üçün ödəniş etmək imkanı və smart televizorlar üçün video tətbiqin hazırlanması daxildir.

Daha əvvəl “Similarweb” bildirmişdi ki, “Meta”nın yaratdığı “Threads” tətbiqi istifadəyə verildikdən sonra “Twitter”in trafiki 5% azalıb.

Son xəbərlər
Digər xəbərlər