4 C
Baku
Tuesday, December 24, 2024

“Twitter”də işdən çıxanlara üç aylıq kompensasiya ödəniləcək

“Twitter”in yeni sahibi İlon Mask bildirib ki, şirkətin böyük maliyyə itkiləri səbəbindən işçilərin bir hissəsinin vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almaq mümkün deyil.

İlon Mask bu barədə tviter hesabında yazıb.

““Twitter”də ixtisarların aparılmasına gəlincə, təəssüf ki, seçim yoxdur. Şirkət hər gün 4 milyon dollardan çox vəsiat itirir” – o yazıb.

O əlavə edib ki, işdən çıxarılan bütün əməkdaşlara kompensasiya qismində üç aylıq məvacib təklif olunub.

Qeyd edək ki, İlon Mask oktyabrın 27-də ABŞ şirkəti “Twitter”i satın aldıqdan sonra onun Direktorlar Şurasını istefaya göndərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər