14 C
Baku
Sunday, November 24, 2024

“Twitter”də videolara baxmaq pullu olacaq

“Twitter”in komandası platformanın monetizasiya alətləri üzərində işləyir. Bu, yaradıcılara dərc edilmiş videolara baxdıqları üçün digər istifadəçilərdən ödəniş tələb etməyə imkan verəcək.

“The Washington Post” yazır ki, komanda qarşısında yeni aləti yaxın bir-iki həftə ərzində istifadə vermək vəzifəsi dayanır. Qeyd olunduğu kimi, öncə yeni funksiya sınaqdan keçirilməlidir.

Videolara baxmaq üçün istifadəçi ödəyəcəyi məbləği özü seçəcək – 1, 2, 5 və ya 10 dollar. Vurğulanır ki, müəlliflər ödənişi “Stripe” xidməti vasitəsilə alacaqlar.

Oktyabrın 27-də İlon Mask rəsmi olaraq “Twitter”i alıb. Eyni zamanda milyarder “Tesla” və “SpaceX” şirkətlərinin sahibidir.

Daha öncə sosial şəbəkə “Twitter Blue” xidmətinin abunəliyini 4.99 dollardan 19.99 dollara qaldırıb.

Son xəbərlər
Digər xəbərlər