7 C
Baku
Thursday, November 7, 2024

“Twitter”dən xəbərdarlıq: Parolunuzu dəyişin

“Twitter” özünün bütün istifadəçilərinə sistemə giriş üçün öz parollarını dəyişdirməyi tövsiyə edib.

Şirkət bu barədə öz rəsmi bloqunda müraciət yerləşdirib.

“Siz “Twitter”dəki səhifəniz üçün parol müəyyənləşdirərkən biz onu gizlətmək üçün xüsusi texnologiyadan istifadə edirik ki, onu heç kim görməsin. Bu yaxınlarda biz yanlışlıq aşkarladıq, belə ki, parollar gizlədilmədən daxili jurnalda saxlanılırdı. Biz səhvi düzəltdik və apardığımız araşdırma göstərir ki, parollara kənardan daxilolmalar, qanunsuz istifadə halları olmayıb”, – deyə açıqlamada bildirilir.

Bununla yanaşı, təhlükəsizlik məqsədilə “Twitter” məsləhət görür ki, mövcud parollar dəyişdirilsin və həmin parollardan başqa xidmətlərdə istifadə olunursa, onlar da yenilənsin.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər