9 C
Baku
Thursday, December 12, 2024

“Twitter”in analoqu Aİ-də işləməyəcək

“Meta”nın “Twitter”in analoqu kimi yaratdığı “Threads” platforması Avropa İttifaqında (Aİ) işləməyəcək. Bildirilir ki, sosial şəbəkə 2023-cü il 6 iyul tarixində təqdim ediləcək.

Tətbiq “Twitter” kimi işləyəcək və analoji funksiyalara sahib olacaq. Orada postu bəyənmək, dərc etmək və onlara rəy bildirmək mümkün olacaq. Həmçinin istifadəçilər qeydiyyatdan keçmədən “Threads”ə “Instagram” hesablarından girə biləcəklər.

Yeni tətbiq yaratmaqla “Meta” korporasiyası “Twitter“in problemlərindən yararlanmağa çalışır. “The Wall Street Journal” xatırladır ki, son doqquz ay ərzində “Twitter” çoxsaylı texniki problemlərlə üzləşib, minlərlə işçini işdən çıxarıb, istifadəçiləri və reklamçılarını itirib və məzmunun moderasiyası siyasətini yüngülləşdirdiyinə görə tənqid edilib.

Avropa Komissiyasının sözçüsü məsələ ilə bağlı  şərh verməkdən imtina edib. Lakin İrlandiya tənzimləyicisinin rəhbərinin müavini “Bloomberg”ə bildirib ki, “Meta” platformanı Aİ-də işə salmağı planlamır.

Son xəbərlər
Digər xəbərlər