ABŞ-ın “Twitter” sosial şəbəkəsinin gəlirləri ötən ilin IV rübündə illik müqayisədə 11% artaraq 1,01 milyard ABŞ dollarına çatıb.
Bu göstərici ilə şirkət rüb ərzində əldə etdiyi gəlir üzrə tarixi rekordunu yeniləyib.
Məlumata görə, hesabat dövründə şirkətin xalis mənfəəti 53,3% azalaraq 119 milyard ABŞ dolları olub.
“Twitter”in 2019-cu ildə ümumi illik gəliri 2018-ci illə müqayisədə 14% artaraq 3,46 milyard ABŞ dollarına çatıb.
Qeyd edək ki, “Twitter”in gündəlik istifadəçilərinin sayı ötən ilin IV rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20,6% artaraq 152 milyona çatıb. Şirkətin bu ilin ilk rübünə gəlirlərini 825-885 milyon ABŞ dolları çərçivəsində proqnozlaşdırır.
©Report