3 C
Baku
Saturday, December 14, 2024

“Twitter”in ödəmə xidməti bitkoin sayəsində gəlirini 266% artırıb

“Twitter”in qurucusu Cek Dorsinin rəhbərlik etdiyi “Square” ödəmə xidməti gəlirini 266% artırıb. Bildirildiyi kimi, bu, bitkoin kriptovalyutası hesabına baş verib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Şirkətin hesabatına əsasən, 2021-ci ilin birinci rübündə gəlir 5.06 milyard dollar təşkil edib. Qeyd edək ki, daha əvvəl bu göstəricinin 3.36 milyard dollar olacağı gözlənilib. Beləliklə, “Square”nin xalis mənfəəti birinci rübdə 39 milyon dollar olub. Ümumi mənfəət 79% artaraq 965 milyon dollara çatıb. “Cash App” tətbiqinin ümumi mənfəəti 171% artaraq 495 milyon dollar təşkil edib. Xatırladaq ki, mart ayında “Square” xidmətinin rəqibi olan “Venmo” müştərilərə pulsuz olaraq bitkoin göndərmək imkanını təqdim edib.

2020-ci ilin oktyabr ayında “Square” 50 milyon dollar, fevral ayında isə 170 milyon dollar dəyərində bitkoin alıb. Şirkətdən verilən məlumata görə, indiyədək bu investisiya sayəsində, o, təxminən 20 milyon dollar itirib. “Square” ekosisteminin ümumi mənfəətinin 135%, tətbiqinin isə 130% artacağını gözləyir. Maliyyə direktoru Amrit Axudja qeyd edib ki, mart ayındakı artım müştərilərin yüksək aktivliyi ilə əlaqəli olub.

Uoll-Stritin gözləntilərini üstələyən maliyyə hesabatından sonra “Square” səhmlərinin dəyəri 4.5% artıb. Ümumilikdə, ilin əvvəlindən bəri şirkətin səhmləri təxminən 2.3%, “Nasdaq”da isə 5.8% artıb.

Son xəbərlər
Digər xəbərlər