13 C
Baku
Sunday, November 24, 2024

“Twitter”in səhmdarları İlon Maskı məhkəməyə veriblər

“Twitter” sosial şəbəkəsinin səhmdarları milyarder İlon Maska və şirkətin özünə qarşı Kaliforniyada məhkəmə iddiası qaldırıblar, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mənbələrə görə, investorlar Maskı ştatın korporativ qanunlarını pozmaqda, eləcə də birjada manipulyasiyalar etməkdə ittiham ediblər. Onlar hesab edirlər ki, sahibkar “Twitter”in direktorlar şurasına üzv olmaq niyyətini dərhal açıqlamamaqla fayda qazanıb.

İlon Mask “Twitter”i almaq istəyini aprel ayının sonunda səsləndirib. O aylarda müqavilənin dəyəri təxminən 44 milyard dollar olub. İlkin olaraq sahibkar banklardan 25.5 milyard dollar borc götürməyi və öz pulundan 21 milyard dollar qoymağı planlaşdırıb.

Mayın 13-ü o, sosial şəbəkədə saxta hesabların sayını yoxlamaq zərurəti ilə əlaqədar müqaviləni dayandırdığını elan edib. Mayın 15-i isə İlon Mask botların sayı 5%-dən az olmayana qədər “Twitter”i almayacağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər