“Twitter”in qurucusu və baş direktoru Cek Dorsi vəzifəsindən rəsmən istefa verib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, o, şirkətdən ayrılmaq qərarını 2021-ci ilin noyabrında açıqlayıb.
Cek Dorsi “Twitter” üzərində Noa Qlass, Biz Ston və Evan Uilyams ilə birlikdə çalışıb. Əvvəlcə xidmət SMS, mesajlaşma şəbəkələri və veb-saytın analoqu kimi istifadə olunub.
Lakin artıq 2006-cı ildə “Twitter” ayrıca bir xidmət kimi fəaliyyət göstərməyə başlayıb, Cek Dorsi isə onun baş direktoru olub. 2008-ci ildə cənab Dorsi tutduğu vəzifədən istefa versə də, 2015-ci ildə yenidən şirkətə qayıdıb.