21 C
Baku
Saturday, November 2, 2024

“Uber” ƏDV-yə cəlb olunmasınıdan xəbərsizmiş, müştərilərindən öyrənib

“Uber” şirkəti bu ilin dekabrın 1-dən etibarən gedişlərə görə nağdsız ödənişlər üzrə 18% həcmində ƏDV tutulacağına aydınlıq gətirib.

APA-nın sorğusuna cavab olaraq şirkətdən bildirilib ki, şirkətə bununla bağlı rəsmi bildiriş hələ daxil olmayıb: “Bizə məlum olub ki, istifadəçilərimiz Azərbaycan banklarının birindən 2017-ci ilin dekabrın 1-dən etibarən “Uber”lə gedişlərə görə nağdsız ödənişlər üzrə 18% həcmində ƏDV tutulacağı barədə SMS xəbərdarlığı alıblar. Bizə sözügedən yenilik barədə rəsmi bildiriş hələ daxil olmayıb. Biz bu məsələni əsaslı surətdə araşdırmaq və Azərbaycanda istifadəçilərimiz üçün ən əlverişli şəkildə həll etmək niyyətindəyik”.

Son xəbərlər
Digər xəbərlər