15 C
Baku
Friday, April 26, 2024

“Uber” 14 mln. dollar cərimə olunub

Avstraliyanın Federal məhkəməsi sərnişin daşınması üzrə “Uber” platformasını 21 milyon Avstraliya dolları (14.1 milyon dollar) həcmində cərimə edib.

Bu barədə məlumatı “ABC” telekanalı yayıb.
Məlumata görə, buna səbəb müştərilərin gediş haqqının miqdarı ilə bağlı aldadılması və səfərlərin ləğv olunmasına görə onlardan pul tələb olunması olub.
Bildirilir ki, “Uber” 2017-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər platforma istifadəçilərdən səfərlərin ləğv olunmasına görə vəsait tələb edib. Halbuki sözügedən müştərilər səfərləri ödənişsiz olan 5 dəqiqəlik müddət ərzində ləğv edib.
MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər