12 C
Baku
Friday, March 29, 2024

“Uber” 350 əməkdaşı ilə yollarını ayıracaq

Uber-in baş direktoru Dara Xosrovşahinin göndərdiyi elektron məktubda deyilib ki, avtopilot avtomobil departamentində-Uber Eats və digər bölmələrdə çalışan 350 əməkdaşı ilə yollarını ayıracaq.

Bu haqda CNBC nəşri yazıb.

“The Verge” nəşri isə yazır ki, 2019-cu ilin ikinci rübündə şirkət 5,2 miyard dollar itirib, bu isə bütün 2018-ci illə müqayisədə 2 dəfə çox rəqəm deməkdir. Nəşr yazır ki, bazara Uber-in əməkdaşları ixtisar edəcəyi ilə bağlı məlumat yayıldıqdan sonra, şirkətin səhmləri 3,2% böyüyüb.

“Bilirsiniz ki, bizim rəhbərimiz son bir-neçə ay ərzində mövcud komandanın qarşıdakı bir neçə il ərzində uğurlu olub-olamasını öyrənir. Bu mürəkkəb və lazımı dəyişikliyə gətirib çıxardı. Biz istəyirik ki, lazımı yerlərdə və düzgün vəzifələrdə lazımı insanlar olsunlar. Biz özümüzü daim maxsimum məhsuldarlıq üçün məsuliyyətli hesab edirik”, – deyə Uber-in baş direktorunun əməkdaşlarına göndərdiyi məktubda deyilib.

Son işdən çıxarılmalar ümumulikdə Uber-in təxminən işçi qüvvəsinin 1,5%-nə toxunub. CNBC nəşri FactSet-in məlumatına istinadən yazır ki, bundan sonra şirkətdə 22 000 əməkdaş qalıb. Uber-in məlumatına görə isə, iyunda şirkətdə 26 000 əməkdaş çalışırdı. Bundan sonra isə şirkətin əməkdaşları haqqında məlumat verilməyib.

Qeyd edək ki, uğursuz ilkin ictimai səhmlərin yerləşdirilməsindən sonra iyulda şirkət marketinq üzrə komandadan 400 əməkdaşı işdən çıxardı. Sentyabrda isə ixtisar altında daha 435 əməkdaş da şirkət ilə yollarını ayırdı.

©Facemark

Son xəbərlər
Digər xəbərlər