24 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Uber” Amerikanın alkoqol tədarükü xidmətini 1.1 mlrd. dollara alacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Uber” Amerikanın alkoqol tədarükü xidməti olan “Drizly”ni 1.1 milyard dollara alacaq. Müqavilənin 2021-ci ilin birinci yarısında tənzimləyicinin təsdiqini aldıqdan sonra bağlanması planlaşdırılır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Uber” məlumat verib. Şirkət alkoqol tədarükü xidmətini “Uber Eats” tətbiqinə daxil etmək niyyətindədir.

2021-ci ildə qurulan startap ABŞ ştatlarının 1400-dən çox şəhərində fəaliyyət göstərir. Mövcud olduğu dövrdə şirkət “Crunchbase”in məlumatlarına əsasən 119.6 milyon dollar qazanıb.

“Uber” ilə müqavilə “Drizly”yə xidmətin yaxın illərdə qlobal coğrafi varlığını genişləndirməyə kömək edəcək. Bu barədə “Uber”in baş direktoru Dara Xosrovşaxi bildirib.

Qeyd edək ki, “Uber Eats” pandemiya dövründə şirkətin əsas biznesi olub. Koronavirus səbəbindən gəlirin azalması fonunda “Uber” əsas olmayan aktivlərdən imtina etməyə başlayıb: məsələn, “uçan taksilər” və pilotsuz avtomobillər layihələri.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər