26 C
Baku
Saturday, July 27, 2024

Uber Azərbaycanda gediş haqqını qabaqcadan bloklaşdıracaq

Uber Azərbaycan ödənişi qeyri nağd formada edənlərin kart hesabından pulu əvvəlcədən blok edəcəkdir.

Banker.azın verdiyi məlumata görə, Uber Azərbaycan istifadəçilərinə xüsusi məktub göndərmişdir. Məktuba əsasən artıq gedişin tam qiyməti sifarişdən dərhal sonra istifadəçinin hesabında blok olunacaq (yəni gedişdən öncə). Gediş haqqının tutulması isə təyinat məntəqəsinə çatdıqdan dərhal sonra baş tutacaq.

Artıq bir neçə gündür Uber sürücülərinin çoxu qeyri nağd formada ödənişlərin qəbulundan imtina edir. Onlar ödənişlərin Uberin kartları vasitəsi ilə ala bilməmələrindən şikayətlənirlər.

Son xəbərlər
Digər xəbərlər