“Uber” taxi şirkəti Ataman İncənin Azərbaycan üzrə regional direktoru təyin edib.
Banker.az xəbər verir ki, bu barədə Ataman İncə öz LinkedIn profilində qeyd edib.
Şirkət bildirir ki, bu postda İnce, “Uber” brendinin regionda gələcək fəal inkişafı, istifadəçi servisinin təkmilləşdirilməsi, partnyorlar vasitəsilə sürücülərlə yeni iş sxeminin qurulması və böyük partnyorlarla uzunmüddətli qarşılıqlı münasibətlərin yaradılmasına cavabdeh olacaq.
“Bu, şirkətin quruluşunda yeni bir vəzifədir və onun yaradılması öncəki komandanın və İnce bəyin regionda qarşısında duran yeni məqsədlərin məntiqi nəticəsidir. Uber-in Azərbaycanda regional direktoru bilavasitə Uber ML B.V. şirkətində Uber-in maraqlarını qoruyan direktorlar şurasına tabedir”,- şirkətin məlumatında deyilir.
Regional direktor təyin edilməmişdən öncə, İnce bəy 5 ildən çox Turkcell (Türkiyənin ən böyük mobil operatoru) şirkətində çalışıb və Şərqi Avropa, Mərkəzi Asiya və Qafkaz ölkələrində servisin işinə cavabdeh olub. Onun məsuliyyətlərinə şirkətin yeni bazarlara daxil olma strategiyası, biznesin qurulması və biznes şöbələrinin idarəsi daxil idi. Ataman İnce magistr dərəcəsini Parisin Essec biznes-məktəbində v
ə MBA dərəcəsini Queens biznes-məktəbində (Kanada) alıb.
Beynəlxalq texnolojgiya şirkəti Uber eyni adlı sürücü sifarişi üçün mobil tətbiqin yaradıcısıdır. Uber-in missiyası şəhər daxilində hərəkəti bütün sakinlər üçün sadə, etibarlı və əlçatan etməkdir.