7 C
Baku
Thursday, December 12, 2024

“Uber” daha bir şəhərdə qadağan edildi

ABŞ-ın Nyu-York şəhərinin Bələdiyyə Məclisi “Uber” və “Lyft” taksi xidmətlərinin fəaliyyətini qadağan edən qərar verib.

İHA-ya istinadən, qərara əsasən “Uber” qarşıdakı 1 il ərzində Nyu-Yorkda fəaliyyət göstərmək üçün lisenziya ala bilməyəcək.

Buna səbəb “Uber”in gündən-günə artan taksi sayının artması, az vergi ödəməsi və digər taksi xidmətləri arasında haqsız üstünlük qazanması səbəb göstərilir.

Bunun qarşılığında taksi sürücülərinin gəlirlərinin artırılması istiqamətində də müəyyən addımlar atılacaq.

Məlumata görə, 2015-ci ildə Nyu-Yorkda 12 min 600 taksi fəaliyyət göstərib. Bu rəqəm 2018-ci ildə isə 80 minə qədər yüksəlib. “Uber”in fəaliyyətinin dayandırılmasının şəhərdə taksi sıxlığının qarşısını alacağı bildirilir.

Qeyd edək ki, “Uber” daha öncə bir neçə ölkədə də qadağan edilmişdi.

– Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər