“Uber” in kapitallaşması minimum səviyyəyə düşüb. Xatırladaq ki, daha əvvəl şirkət 2021-ci ildə gəlirli olacağını vəd etmişdir. Verilən vədlərə baxmayaraq, səhmdarlar fəal şəkildə qiymətli kağızları satmağa başladılar.
May ayında keçirilən IPO-dan sonra səhmlərin qiyməti təxminən 40% azalıb. Düzünü desək, səhmdarlar üçün bu yaxşı seçim olmamışdı.
Vesti.Ekonomika-nın dağa əvvəl yazdığı kimi, bu şirkətə yatırım etmək kifayət qədər riskli işdir və ümumiyyətlə mənasızdır.
Şirkətin verdiyi məlumata görə, səhmdarların yatırımları yeni xidmətlərin inkişaf elətdirilməsinə xərclənir, məsələn, yeməklərin çatdırılması xidməti.
İnvestisiya cəmiyyətində belə şirkətləri “təkbuynuzlu” adlandırırlar. Bu, texnoloji qablaşdırmada gəlirli olmayan biznes növlərindən biridir. Onların əsas xarakterik cəhəti: gəlir artdıqca, itkilər də artır.
2018-ci ildə “Uber” in mənfəəti 42%, 2017-ci ildə isə iki dəfə artmışdır. İnvestorlar onun 2021-ci ildə gəlirli olacağına inanmırlar.
Səhmlərin düşməsinə baxmayaraq, analitiklərin bir çoxu investorlara “Uber” ə yatırım etməyi təklif edirlər. İnvestorlar isə səhvlərdən nəticə çıxararaq, bir daha risk etmək niyyətində deyillər.
Bəs analitiklər nə zaman reallığa qayıdacaqlar – sual budur.