2 C
Baku
Saturday, December 14, 2024

“Uber” kriptovalyuta qəbul etməyə başlayacaq

“Uber”in baş direktoru Dara Hosrovşahinin sözlərinə görə, şirkət yaxın zamanda kriptovalyuta ilə olan ödənişləri qəbul etməyə başlayacaq.

Banker.az xəbər verir ki, hələki “Uber” bu sənayenin müəyyən inkişaf səviyyəsinə çatmasını gözləyir.

“Bloomberg”ə müsahibəsində o, şirkətin sənayeni, xüsusən də bitkoini yaxından izlədiyini və rəqəmsal valyutaları əmanət vasitəsi qədər dəyərli hesab etdiyini bildirib.

Dara Hosrovşahinin sözlərinə görə, “Uber” kriptovalyutaları qəbul etməkdə maraqlıdır, lakin mikrotranzaksiyaların yüksək qiyməti və mədən prosesinin yüksək enerji sərfiyyatı səbəbindən bu addımı atmır. Şirkət bu mövzu ilə bağlı spekulyasiya yaratmaq və ya hər şeyi reklam kimi ifşa etmək istəmir, sadəcə vaxtı gələndə bunu edəcək.

Xatırladaq ki, əvvəllər şirkət bitkoinə investisiya etmək imkanlarını nəzərdən keçirsə də, yüksək volatinlik səbəbindən bu fikirdən daşınmışdı.

Son xəbərlər
Digər xəbərlər