12 C
Baku
Wednesday, December 11, 2024

“Uber” Londonda çay daşımaları ilə məşğul olacaq

“Uber” taksi sifarişi şirkəti “Thames Clippers” çay operatoru ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş çərçivəsində “Uber Boats by Thames Clippers” servisi tərəfindən çay teploxodları vasitəsilə daşımalar həyata keçiriləcək.

Sazişə görə, “Uber” 20 gəmidən ibarət “Thames Clipper” donanmasından və 23 bərədən öz brendi ilə istifadə hüququ əldə edəcək. Sazişin qüvvədə olma müddəti üç il təşkil edir.

“Uber” istifadəçiləri telefonlarında mobil əlavə tərəfindən generasiya edilən “QR” kodu vasitəsilə Temza çayı ilə səyahət üçün bron edə və göyərtəyə minə biləcəklər. Teploxodlar hazırda olduğu kimi, verilmiş marşrut üzrə fəaliyyət göstərəcəklər.

“Thames Clippers” biletləri açıq satışda olacaq, teploxodlar isə “Oyster” şəbəkəsinin tərkib hissəsi olaraq qalacaq. Səyahət qiyməti dəyişməz qalacaq və londonlular bilet alışı üçün mövcud ödəniş üsullarından, o cümlədən kontaktsız kartlar və “Oyster” kartlarından istifadə etməkdə davam edəcəklər.

“Uber” nümayəndələrinin sözlərinə görə, koronavirus pandemiyası şəraitində çay donanması sosial məsafə qaydalarına izdihamlı yeraltı nəqliyyatdan daha yaxşı riayət etməyi təmin edəcək.

Koronavirus pandemiyası ilə əlaqədar Londonda velosiped infrastrukturuna investisiya qoyuluşuna da başlanılıb və Britaniya hökuməti elektrosamokatların icarəsi xidmətlərinin sınaqlarının keçirilməsini sürətləndirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər