San-Fransisko əyalət məhkəməsi taksi sifarişi üzrə xidmət göstərən Uber şirkətini 20 milyon dollar həcmində cərimə ödəməyə məhkum edib.
Banker.az xəbər verir ki, Uber şirkəti sürücüləri gələcək gəlir və avtomobil alışının maliyyələşməsi ilə bağlı çaşqınlığa salmaqda ittiham edilir. Şirkəti ittiham edən tərəf isə ABŞ Federal ticarət komissiyası (FTC) idi.
Cinayət işinin açılmasına səbəb Uber şirkətinin saytında sürücülərin gələcək gəlirləri haqqında yer alan məlumat olur. Belə ki, burada şirkət qeyd edir ki, Nyu-Yorkda onun sürücülərinin illik gəliri 90 000 dolları, San-Fransiskoda isə 74 000 dolları geridə qoyur. Əslində isə, həftədə 40 saat işləyən sürücülərin illik əmək haqqları Nyu-Yorkda 29 000 dollar, San-Fransiskoda isə təqribən 21 000 dollar təşkil edir.
Bu proses araşdırılarkən Uber FTC ilə əməkdaşlıq etməyə və sürücülərə təzminatın hansı şərtlərlə verilməsinə birlikdə qərar verməyə razılıq verir.