2 C
Baku
Saturday, December 14, 2024

“Uber” proqram inkişafetdiricisi “Trasplace” şirkətini 2.25 mlrd. dollara alıb

“Uber Freight” şirkəti, Amerikanın “Uber” taksi xidmətinin yük daşımalarının təşkili bölməsi proqram təminatçısı “Trasplace”i alıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Tərəflər yekun razılaşma imzalayıblar, hal-hazırda müqavilə tənzimləyicilərin təsdiqini gözləyir.

Verilən məlumata görə, “Uber Freight” ödənişin 750 milyon dollarını adi “Uber” səhmləri və nağd pul şəklində ödəyəcək. Satıcı qismində investisiya şirkəti “TPG Capital” çıxış edəcək.

“Uber Freight” xidməti 2017-ci ildə yaradılıb. Hal-hazırda şirkətin həyata keçirildiyi yük daşımalarının sayı 70 mini keçir. 2021-ci ilin birinci rübündə şirkət gəlirini illik nisbətdə 51% (301 milyon dollar) artırıb.

Xatırladaq ki, daha əvvəl “Uber” onlayn alkoqol marketpleysi “Drizly”ni 1.1 milyard dollara alıb. Bu şirkət həm də “alkoqollu Amazon” adlanıdırılır.

Son xəbərlər
Digər xəbərlər