“Uber” şirkəti bu ilin aprelində səhmlərin ilkin tədavülünü (IPO) həyata keçirmək niyyətindədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu barədə “Reuters” agentliyi şirkətdəki mənbələrinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, şirkət növbəti ayda bütün lazımi sənədləri təqdim etməyə hazırlaşır.

Xatırladaq ki, 2018-ci ilin may ayında “Uber”in Baş direktoru Dara Xosrovşahi şirkətin 2019-cu ildə səhmlərini fond birjasında ilkin tədavülə çıxarmaq üçün zəruri şəraitə malik olduğunu söyləmişdi.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, 2018-ci ilin sonuna “Uber”in bazar dəyəri, təxminən, 120 milyard dollar civarında qiymətləndirilib. “Uber” – mobil telefondakı tətbiq vasitəsilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən məşhur avtomobil daşımaları onlayn xidmətidir. Mənzil-qərargahı San-Fransiskoda yerləşən bu şirkət Trevis Kalanik və Qarret Kemp tərəfindən 2009-cu ildə təsis edilib. İndi “Uber” dünyanın, təqribən, 80 ölkəsində 500-dən çox şəhərdə fəaliyyət göstərir.

Report