15 C
Baku
Friday, March 29, 2024

“Uber” şirkəti 400-dən çox işçini işdən azad edib – Səbəb

“Uber Advanced Technologies” şirkəti, 2019-cu ilin ikinci rübündə 400-dən çox işçini azad edib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə “TechCrunch” portalı məlumat verib.

Məlumata görə, ixtisarlar mühəndislik şöbəsinin 265 işçisinə və inkişaf şöbəsinin 170 işçisinə təsir edib. Onların 85% -i ABŞ-da, 10% -i Asiya-Sakit okean bölgəsində, digərləri isə Avropa, Afrika və Yaxın Şərqdə olub. Bildirilir ki, şirkət bu il 5,2 milyard dollar zərər edib və ilin ikinci rübündə 400-dən işçini işdən azad edib.

Xatırladaq ki, “Uber” şirkəti 2018-ci ildə 878 milyon dollar zərər edib.

Qeyd edək ki, “Uber”, mobil telefonunuzdakı tətbiqdən istifadə edərək taksi xidmətindən istifadə etməyə imkan verən onlayn nəqliyyat xidmətidir. San-Fransisko mərkəzli şirkət, 2009-cu ildə Travis Kalanik və Qaret Kamp tərəfindən təsis edilmişdir. Şirkət hazırda 80-ə yaxın ölkənin 500-dən çox şəhərində fəaliyyət göstərir.

©Yeniavaz.com

Son xəbərlər
Digər xəbərlər