7 C
Baku
Thursday, December 12, 2024

Uber şirkəti bu ideyasından imtina etdi

Taksi sifarişləri üzrə fəaliyyət göstərən məşhur Uber şirkəti avtopilot sistemli yük maşınlarının istehsalı ideyasından imtina edib. Bunun yerinə şirkət öz diqqətini adi pilotsuz yüngül maşınlara ayıracaq. Qeyd etmək lazımdır ki, şirkət pilotsuz yük maşınlarının yaradılmasına 2016-cı ilin yay fəslində start vermişdi. Bunun üçün o, Otto startapını almışdı.

Qeyd etmək lazımdır ki, Otto startapının təsisçisi Alphabet holdinqinin tərkibində fəaliyyət göstərən Waymo startapının mühəndisi Anthony Levandowski idi. Bir sıra kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Waymo startapının pilotsuz yük maşınları hazırlaması prosesinin dayandırılması üçün Uber ona 245 milyon dollar vəsait ödəmişdi. Uber tərəfindən olan pilotsuz avtomobillər və yük maşınlarının testləri Kaliforniya və Arizonada aparılırdı.Image result for Uber şirkəti pilotsuz yük maşınlarının istehsalı ideyasından imtina etdi

Bu ilin yaz fəslində Uber şirkəti pilotsuz avtomobillərin testlərini dayandırmalı oldu. Belə ki, şirkətin pilotsuz avtomobillərindən biri yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdu və həmin hadisədə bir nəfər şəxs həyatını itirmişdir. Bir neçə müddət bundan öncə isə şirkət pilotsuz avtomobillərin testlərini bərpa etdi. Lakin bu dəfə testlər mütəxəssislərin nəzarəti atında keçirilir. Şirkət söz verib ki, pilotsuz yük maşınları üzərində çalışmış işçilər pilotsuz adi yüngül avtomobillərin hazırlanması prosesinə cəlb olunacaqlar.

© Technote.az

Son xəbərlər
Digər xəbərlər