9 C
Baku
Friday, December 13, 2024

“Uber” skandalı: Şirkətin necə böyüməsi ilə bağlı sənədlər mediaya sızıb

ABŞ mərkəzli Uber nəqliyyat şirkətinə aid minlərlə sənəd sızdırılıb. Sənədlərdə Uber-in bir çox ölkədə siyasətçilərlə əlaqə yarada bilmək üçün lobbiçilik fəaliyyəti adı altında həyata keçirdiyi təşəbbüslərə diqqət çəkilib. Bu sənədlərə görə, şirkət bir çox ölkədə qaydalara əməl etmədən böyümək üçün bəzi yüksək səviyyəli siyasətçilərdən və nazirlərdən gizli dəstək alıb.

“Uber Faylları” adı il yayımlanan Uber sənədləri 2013-2017-ci illər arasında 83 000 e-poçt və 1 000-dən çox dialoq sübutunu da ehtiva edən 124 000 qeyddən ibarətdir. Banker.az xəbər verir ki, The Guardian və ICIJ tərəfindən həyata keçirilən və DW Turkish də daxil olmaqla 44 media tərəfdaşı ilə paylaşılan layihə ilə bağlı araşdırma xəbərlərində 29 ölkədən 180-dən çox jurnalist iştirak edib.

Nəhayət, Uber-in 124 000-dən çox qeydini The Guardian-a sızdıran keçmiş icraçı direktor Mark Makqanndır. Macqannın işi Uber-in yerli qanunlara məhəl qoymayan aqressiv qlobal genişlənməsinin nəticələrini idarə etmək və ardınca qanunları yenidən yazaraq şirkət üçün daha əlverişli bir iş mühiti yaratmaq məqsədilə hökümətlərə lobbi kimi təsir etmək olub.

Mark Makqann Uber-in yüksək səviyyəli rəhbərlərinin onlarla ölkədə qanunları bilərəkdən pozduğuna və şirkət modelinin sürücülərə verdiyi iqtisadi faydalar haqqında “insanlara yalan satdığına” inandığı üçün danışmaq qərarına gəldiyini söyləyib. Makqann o zamanlar Uber-in rəhbər komandasının bir parçası olduğunu bildirərək, etdiyi hərəkətlərə görə günahsız olmadığını və qismən peşman olduğunu bildirib.

Sızdırılan sənədlərə görə, Uber 2013-2017-ci illər arasında əsas siyasətçilər və lobbiçilik vasitəsilə olduğu yerdəki hüquqi tənzimləmələrdən kənarda qalan fəaliyyətini genişləndirib. Qeydlər Uber rəhbərləri ilə dövlət məmurları arasında 2014-2016-cı illərdə ictimaiyyətə açıqlanmayan 100-dən çox görüş keçirildiyini ortaya çıxarıb.

Uber rəhbərlərinin görüşdüyü şəxslər arasında Fransanın hazırkı prezidenti Emmanuel Makron, həmçinin ABŞ-ın o vaxtkı vitse-prezidenti və hazırkı preizdenti Co Bayden, İsrailin o zamankı baş naziri Benyamin Netanyahu, İrlandiyanın o zamankı baş naziri Enda Kenni və Estoniyanın o vaxtkı prezidenti Toomas Hendrik İlves, həmçinin Türkiyədən də bir sıra şəxslər var.

2014-cü ildə Fransada taksi sürücüləri Uber-ə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirərkən, o vaxtkı İqtisadiyyat naziri (aprel ayında ikinci dəfə prezident seçilən) Makron Uber-in meneceri Travis Kalanikə “sən” deyə xitab edəcək qədər yaxın idi və Uber-in lehinə qanunlar çıxaracağına dair dostuna söz verirdi.

Aİ-nin rəhbər əməkdaşlarından biri və rəqəmsal məsələlərə cavabdeh olan keçmiş üzv Neelie Kroes də bu vəzifəni tərk etməzdən əvvəl Uber ilə potensial lobbiçilik işi üçün danışıqlara başlamışdı. Vəzifə müddəti bitdikdən sonra o, Uber-də işləməyə və yaxın olduğu siyasətçilər vasitəsilə şirkətin lehinə kampaniya aparmağa başladı. Bu, Aİ-nin etik qaydalarına zidd hərəkətlərin ortaya çıxmasına səbəb olub.

O zaman Uber təkcə dünyanın ən sürətlə inkişaf edən şirkətlərindən biri deyildi; həm də ən çox müzakirə edilən, haqqında bir çox məhkəmə iddiaları olan, məlumat sızması və cinsi zorakılıq araşdırmaları ilə sarsılan bir struktur idi.

Nəhayət, səhmdarlar üsyan etdi və Travis Kalanik 2017-ci ildə rəhbər vəzifəsindən azad edildi. Uber-in verdiyi açıqlamada Kalanikin yerinə gələn Dara Khosrowshahi barədə deyilirdi: “Uberin strukturunu hər mənada dəyişdirmək vəzifəsini öz üzərinə götürüb”.

Uber aşıqlamasında “keçmiş hərəkətlərinin bugünkü dəyərlərinə uyğun olmadığını” və “bu gün fərqli bir şirkət olduğunu” bildirib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər