4 C
Baku
Friday, March 29, 2024

“Uber” taksi xidmətinin investorları “tələ” dən çıxdılar

“Uber” in investorları nəhayət hərəkətlərində azaddırlar və aktiv şəkildə qiymətli kağızları satmağa başlayıblar – IPO iştirakçılarının səhm satmaq hüququna malik olmadığı “Lockup” dövrü başa çatıb.

Bloomberg-in verdiyi məlumata görə, bu dövr başa çatan kimi investorlar qiymətli kağızları satmağa tələsdilər. Məsələn, “Goldman Sachs” 26,90 dollar qiymətinə 2 milyon səhm satıb və bu, hərracların başlanğıcındakı qiymətdən 4% aşağıdır.

“Uber” şirkəti xalis zərərin 20% artdığını (1,16 milyard dollar) bildirib. Hesabatın dərcindən sonra investorlar şirkətin gələcəyi ilə bağlı qurduqları müsbət proqnozlara inamı qalmayıb.

Qeyd edək ki, IPO-dan sonra qiymətli kağızlar təxminən iki dəfə ucuzlaşıb.

uber qrafik3 banker.az

“Lockup” dövrünün başa çatması adətən satışların artması ilə nəticələnir. Bazarda əlavə təkliflər meydana gəlir və bu, qiymətlərə mənfi təsir göstərir. Düzdür, burada çox şey səhmlərin keyfiyyətindən asılıdır.

Xatırladaq ki, bu il daha bir şirkət IPO keçirib – “Beyond Meat”. “Uber” dən fərqli olaraq, bu şirkət investorları sevindirib – qiymətli kağızların yerləşdirilməsindən sonra qiymətlər 322% artıb, “Lockup” dan sonra isə cəmi 18% azalıb.

uber qrafik4 banker.azGöründüyü kimi, çoxları belə bir fürsət yaranan halda böyük qazanc əldə etməyə çalışıblar. Çox güman ki, IPO iştirakçılarından heç biri belə uğuru gözləməyib.

Son xəbərlər
Digər xəbərlər