18 C
Baku
Wednesday, May 7, 2025

“Uber” Türkiyənin “Trendyol GO” xidmətinin 85%-ni $700 milyona alır

Amerikanın “Uber Technologies” şirkəti Türkiyənin “Trendyol Group” şirkəti ilə “Trendyol GO” çatdırılma xidmətinin 85%-ni təxminən 700 milyon dollara almaq üçün müqavilə imzalayıb.

“Uber”in ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamaya görə, sövdələşmənin lazımi təsdiqlərin alınması şərti ilə 2025-ci ilin ikinci yarısında bağlanacağı gözlənilir.

2024-cü ildə “Trendyol GO” 2 milyard dollar dəyərində 200 milyondan çox sifariş yerinə yetirib ki, bu da əvvəlki illə müqayisədə 1.5 dəfə çoxdur. Müqavilənin “Uber”in Türkiyə bazarında böyüməsini artıracağı gözlənilir.

“Trendyol Go” – Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol Group”un qida çatdırılması xidmətidir. Qeyd edək ki, “Trendyol Group”un böyük hissəsi Çin internet nəhəngi “Alibaba Group Holding”ə məxsusdur.

“Uber Technologies” səhmləri çərşənbə axşamı ticarətdə 0.1% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 41.8% artaraq 178,66 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər