Uber şirkəti 2020-ci ildə “uçan taksiləri” sınaqdan keçirməyi planlaşdırır. Bu haqda məlumatı isə şirkətin direktorlarından biri Ceff Holden verib.
Banker.az saytının Finanсial Times nəşrinə istinadən verdiyi xəbərə görə, sınaqlar Dubayda (BƏƏ) və Dallasda (Texas ştatı) keçiriləcək. Planlara görə, “Uuan avtomobillər” 2023-cü ildən başlayaraq taksi qismində fəaliyyət göstərəcək. Bu şəhərdə hərəkəti 30 dəqiqədən 5-ə endirməyə imkan verəcək.
Holden “uçan taksilər”-in yaradılmasını Uber şirkəti üçün “növbəti addım” adlandırıb.
Məsələnin texniki tərəfilə isə Uber şirkətinin artıq müqavilə bağladığı Aurora Flight Sciences, Bell Helicopter, ChargePoint, Embraer, Mooney və Pipistrel Aircraft şirkətləri məşğul olacaq. Bundan əlavə, Uber layihə üzərində iş üçün NASA-nın keçmiş mühəndisi Mark Mur-u dəvət edib.