9 C
Baku
Thursday, December 12, 2024

“Uber” xərclərini azaldır: işçilərin 14%-i ixtisar olunur, şirkətin rəhbəri maaşdan imtina edir

“Uber” şirkətin rəhbəri 2020-ci ilin sonuna qədər maaş almaqdan imtina edir.

“Uber” işçilərinin 14%-ni ixtisar edəcək. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının saytında deyilir. Xatırladaq ki, ümumilikdə “Uber” in 26,9 min işçisi var.

Qeyd edildiyi kimi, bu addımın əsas səbəbi pandemiya şəraitində xərcləri azaltmaq məcburiyyəti olmuşdur. “The Information” portalının verdiyi məlumata görə, 2020-ci ilin aprel ayında “Uber” in sifarişləri keçən ilə nisbətən 80% azalıb.

Xidmətin rəhbəri Dara Xosrovşahi 2020-ci ilin sonuna qədər maaşından imtina etmək qərarına gəlib. CNBC-nin verdiyi məlumata görə, 2019-cu ildə onun maaşı 1 milyon dollara çatmışdır.

“Uber” i 2013-cü ildən bəri şirkətdə texniki direktor vəzifəsində çalışan Tuam Fam tərk edib. Onun şöbəsində 800 nəfəri ixtisar etmək planlaşdırılırdı.

Son xəbərlər
Digər xəbərlər