İki ay əvvəl “Uber”in istehsal bölmələrindən birini alan “Aurora” şirkəti “Toyota” və avtomobil hissələri tədarükçüsü “Denso” ilə əməkdaşlıq edəcək.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Onlar pilotsuz nəqliyyat vasitələrini inkişaf etdirəcəklər, ilk layihə 2021-ci ilin sonunadək işıq üzü görəcək.
Razılaşma çərçivəsində şirkətlər “Aurora”nın proqram təminatı əsasında pilotsuz avtomobillər istehsal etməyi planlaşdırırlar. İlkin mərhələdə “Toyota Sienna” minivenləri avadanlıq alacaq.
“2021-ci ilin sonunadək bu cür maşınların ilk partiyasını hazırlayacağıq və sınaqdan keçirdikdən sonra satışa çıxaracağıq”, – deyə açıqlamada deyilir.
Xatırladaq ki, “Aurora” şirkəti 2017-ci ildə “Google”, “Tesla” və “Uber”də pilotsuz avtomobil istehsalı layihələrinə rəhbərlik edən üç mütəxəssis tərəfindən təsis edilib. İndiyədək startap “Greylock Partners”, “Sequoia Capital” və “Amazon” kimi nəhənglərdən 690 milyon dollardan çox investisiya cəlb edib.
2020-ci ilin dekabrında “Aurora” “Uber”in özünü idarə etməyi bacaran avtomobil istehsalı bölməsini satın alıb. Müqavilənin məbləği açıqlanmasa da, “Uber”in bu istiqamətdə 400 milyon dollar xərclədiyi məlumdur.
“Toyota Motor” şirkət 2020-ci ilin nəticələrinə görə, avtomobil satışları üzrə lider şirkət olub. “Daihatsu” və “Hino” törəmələrini nəzərə alsaq, konsert ötən ildə ümumilikdə 9.528 milyon avtomobil satıb.