9 C
Baku
Thursday, December 12, 2024

“Uber”in vergiyəqədərki zərəri 11% azalıb

Bu ilin III rübündə ABŞ-ın və dünyanın ən böyük onlayn taksi xidməti “Uber” 3,53 milyard dollar gəlir əldə edib. 

Bu, II rüblə müqayisədə 23% çox, proqnozdan isə 4% çoxdur. 

Bununla belə, hələ ki, şirkət zərərlə işləyir. Belə ki, rüb ərzində “Uber”in vergiyəqədərki zərəri 11% azalaraq 585 milyon dollara düşüb. Şirkətin rüblük zərəri isə 1,16 milyard dollar təşkil edib. 

“Uber”in maliyyə göstəricilərinin qənaətbəxş olmaması fond birjasında onun səhmlərinin də qiymətinə təsir edib. Hazırda şirkətin səhmləri 31 dollara alınıb-satılır ki, bu da onun ilkin tədavül qiymətindən (45 dollar) təxminən 30% azdır. 

©Report

Son xəbərlər
Digər xəbərlər