Neft bazarında dolların möhkəmlənməsi və tənəzzül qorxusu fonunda yaranmış eniş trendini (neftin qiyməti üzrə – red.) qırmaq üçün“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) ölkələri tərəfindən hasilatın azaldılması lazımdır.
Bu barədə İsveçrənin ən böyük maliyyə holdinqi “UBS”in analitikləri hesab edir.
“Alyansın hasilatı azaltma səylərinin olmaması, çox güman ki, qiymətlərə daha da endirici təzyiq göstərə bilər”, – analitiklər belə düşünür.
Qeyd olunur ki, kartel (OPEC – red.) və müttəfiqləri yaxın günlərdə gündəlik neft hasilatının ən azı 0.5 mln. barel azaldılması barədə elan etməlidirlər.
Xatırladaq ki, “OPEC+”ın növbəti iclası oktyabrın 5-də keçiriləcək.