İsveçrənin ən böyük bankı “UBS”in ölkənin 2-ci böyük bankı – “Credit Suisse”lə birləşməsi 10 minlərlə bank əməkdaşının işini itirməsi ilə nəticələnə bilər.
120 minlik kollektivin 1/3-ni əhatə edə biləcək ixtisarların əsas hissəsi “Credit Suisse”in daxili biznesinin və investisiya bankının payına düşəcək.
UBS isə investisiya bölməsini demək olar ki, tamamilə ləğv etməyi planlaşdırdığından, 17 min investisiya bankiri işini itirəcək. Bununla yanaşı, bankın İsveçrədəki filiallarının bağlanması və inzibati vəzifələrin azaldılması nəzərdə tutulur.
Xatırladaq ki, “UBS” ötən bazar günü “Credit Suisse”i 3 milyard franka (3,24 milyard ABŞ dolları) aldığını bəyan edib. Banklar birləşmə barədə sazişi ölkənin Maliyyə Nazirliyi, Milli Bankı və maliyyə bazarlarına nəzarət təşkilatının (FINMA) müdaxiləsindən sonra bağlayıblar. Prosesin bu ilin sonuna qədər tamamlanacağı gözlənilir.